Akopyan həmin oteldə 3 min manata qalıb? – Paşinyan VİDEO yaydı

4-01-2025, 16:54           
Akopyan həmin oteldə 3 min manata qalıb? – Paşinyan VİDEO yaydı
Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan və qızının ötən aylarda Vatikana səfəri zamanı qaldığı otel ictimaiyyətdə müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, Akopyanın qızı ilə birlikdə səfərinə çox pulun xərcləndiyi və bunun dövlət hesabına ödəndiyi bildirilib.

Ermənistan KİV-in məsələ ilə bağlı yaydığı məlumatlar cəmiyyətdə narazılıq doğurub. Baş nazir bütün bunlara cavab olaraq sosial şəbəkə hesabında həyat yoldaşı və qızının səfər müddətində Vatikanda qaldığı otelin görüntülərini paylaşıb.

O, səfərə ümumilikdə 787 min dram (təxminən 3 min 380 manat) sərf edildiyini və bunun dövlət büdcəsindən ödənildiyini deyib. Paşinyanın özünün qalmadığını, bir günlük Vatikana gedib-qayıtdığını, bu məbləğin Akopyan və qızının xərcləri deyib.

KİV-in məlumatına görə, Akopyan Vatikanda ən azı üç cangüdənlə gəzib ki, bu da təxmini hesablamada açıqlanan rəqəmdən daha çox xərc deməkdir. O, həmçinin saz ustasını da özü ilə aparıb.

“Panorama”nın iddiasına görə isə, Akopyan qızı ilə Vatikandakı ən bahalı 5 ulduzlu otellərdən birində qalıb. Paşinyanın açıqladığı rəqəm bu otelin bir gecəlik ödənişinin qiymətidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru