Rusiyanın bir sıra şəhərlərinə mülki təyyarələrin uçuşlarına məhdudiyyətlətər tətbiq edilib

6-01-2025, 15:34           
Rusiyanın bir sıra şəhərlərinə mülki təyyarələrin uçuşlarına məhdudiyyətlətər tətbiq edilib
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) yanvarın 5-də təhlükəsizlik məsələlərini əsas gətirərək Nijnekamsk, İjevsk və Perm hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edib. İki təyyarə reysi Kirova yönləndirilib, məhdudiyyətlər Moskva vaxtı ilə saat 10.30 radələrində aradan qaldırılıb.

"Vətəndaş aviasiyası uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Nijnekamsk (Beqişevo; ICAO: UWKE), İjevsk (USII) və Perm (Bolşoye Savino; USPP) hava limanlarında da müvəqqəti məhdudiyyətlər tətbiq olunub", Rosaviatsiya Teleqram kanalında bildirib.

Oxşar məhdudiyyətlər daha əvvəl Kazan hava limanına tətbiq edilib.

Bunlar gecə ərzində müxtəlif bölgələrdə Ukraynanın 61 pilotsuz uçuş aparatının vurulduğunu bildirən Rusiya Müdafiə Nazirliyinin məlumatları ilə üst-üstə düşüb. Nazirliyin məlumatına görə, 37 pilotsuz uçuş aparatı Rostovda, 20-si Bryanskda, ikisi Voronejdə, biri isə Belqorod və Orlovda vurulub.

Bu məhdudiyyətlər 2 yanvar tarixində Sankt-Peterburqdakı Pulkovo Hava Limanında uçuşların bir saatdan çox dayandırıldığı son hadisədən sonra baş verib.

Xatırladaq ki, yanvarın 4-də Azərbaycanın yerli mediası Bakı-Kazan təyyarə reysini yerinə yetirən AZAL-ın təyyarəsinin Rusiyanın Həştərxan vilayəti üzərində radio maneələr və GPRS pozuntuları ilə üzləşdiyini bildirib. Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti isə bildirib ki, Bakı-Kazan reysinin cədvələ uyğun olaraq və beynəlxalq təhlükəsizlik standartlarına tam riayət edilməklə yerinə yetirilib.

Ötən il dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysnini həyata keçirən təyyarəsi Qroznı üzərində xarici təsirə məruz qaldıqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında məcburi eniş edərkən qəzaya uğrayıb. Qəza nəticəsinə təyyarədə olan 67 insandan 38-i həlak olub.

Bundan sonra AZAL təhükəszilik məqsədi ilə Ufa, Samara, Nijni Novqorod, Mineralnoe Vodı, Soçi, Volqoqrad, Qroznı, Vladikavkaz və Mahaçqala da daxil olmaqla, bir sıra Rusiya şəhərlərinə uçuşları qeyri-müəyyən vaxtadək dayandırıb. Bununla yanaşı, AZAL Rusiyanın Sankt-Peterburq, Moskva, Kazan və başqa şəhərlərinə uçuşları davam etdirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.