Vassermanın məntiqi...

7-01-2025, 08:24           
Vassermanın məntiqi...
Anatoli Vasserman Rusiya televiziya kanallarından birində intellektual proqramlardan birinin aparıcısı idi, elmi naliyyətlərdən danışardı.
Necə oldusa “BOMJ” kimi geyinmə tərzi olan bu Vasserman Dövlət Dumasının deputatı oldu. Vasserman Vladimir Jirinovski öldükdən sonra onun “yerini” tutmağa çalışır, siyasi proqnozlar verməyə başlayıb. İndi də deyib ki, 2025-ci ildə SSRİ bərpa olunacaq.
Özünü intellektual sayan Vassermanın əsaslandırması belədir ki, guya istənilən kontinental imperiya gec-tez bərpa olunacaq. Vassermanın məntiqi ilə Osmanlı, o cümlədən Avstriya-Macarıstan imperiyaları da bərpa olunmalıdır.
Ancaq Vasserman kimilər ancaq Rusiya imperiyasının bərpasını əsaslandırmağa çalışırlar. Əslində Rusiyanın Ukraynaya qarşı başladığı müharibə elə SSRİ-nin bərpasına cəhd anlamı daşıyır, sadəcə bu savaş rusiyalı imperialistlərin boğazlarında ilişib qalıb.
Əlbəttə, Ukraynanı işğal edə bilsələr hədəflərini böyüdəcəklər. Ancaq “hədəflərini” böyüdənə kimi özləri dağılmaq təhlükəsiylə üzləşəcəklər.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru