"Nikol Paşinyan Ermənistan ordusuna nəzarəti itirib, sülh müqaviləsini gündəlikdən çıxartmağa çalışır"

Bu gün, 00:02           
 "Nikol Paşinyan Ermənistan ordusuna nəzarəti itirib, sülh müqaviləsini gündəlikdən çıxartmağa çalışır"
“Laçın rayonunun Zabux və Cağazur istiqamətindəki mövqelərimizi atəşə tutulması Ermənistanın növbəti təxribatıdır”.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, burada iki məsələ ola bilər.

“Birinci məsələ Paşinyan ordusuna nəzarət edə bilmir və onunla müxalifətdə olan qüvvələrin istəyilə şərti sərhədimizdə atəşkəs pozulur. Digər bir məsələ, Qərbin verdiyi silahlardan ruhlanan Paşinyan hakimiyyəti sülh müqaviləsi məsələsini gündəlikdən çıxarmağa çalışır”-deyə deputat qeyd edib ki, bu səbəbdən də atəşkəsi pozmaqla vəziyyəti gərginləşdirir və sülhlə bağlı əldə olunmuş razılaşmaları heçə endirməyə çalışır.

Azər Badamov əlavə edib ki, Azərbaycan ordusu erməni təxribatlarına hələ ki, səbrlə yanaşır.

“Səbrimizin də bir həddi var. Əgər Ermənistan şərti sərhədimizdə atəşkəsin pozulması hallarını intensivləşdirərəsə, təbii ki, qabaqlayıcı tədbirlərin görülməsinə məcbur olacağıq. Ermənistan ona dəstək verənlərdən aldığı iki-üç silahla özünü güclü hesab edərək belə təxribatlara əl atırsa, böyük səhv edir. Çünki, Azərbaycan ordusu ilə Ermənistan ordusu üz-üzə gələ biləcək səviyyəyə heç vaxt çatmayacaq. Ən azından dövlətimiz ona imkan verməyəcək. Bu baxımdan Paşinyan atəşkəsi pozmaq əvəzinə sülh müqaviləsi ilə bağlı tələblərimizi icra etməyinə tələsməlidir”-deyə deputat vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.