Rusiya ilə Ukrayna arasında sülh sazişi nə vaxt imzalanacaq?

8-01-2025, 09:26           
Rusiya ilə Ukrayna arasında sülh sazişi nə vaxt imzalanacaq?
Rusiya ilə Ukrayna arasında sülh bu il aprelin 20-nə qədər əldə edilə bilər.

Bu barədə Böyük Britaniyanın "Sky news" televiziya kanalına ABŞ Yorktaun İnstitutunun tədqiqatçısı Robert Klark məlumat verib.

Onun sözlərinə görə, Pasxa bayramına qədər sülhün əldə edilməsi mümkündür.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp yanvarın 20-də öz səlahiyyətlərinin icrasına başlayanadək münaqişəni dayandıracağını vəd edib. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl müharibənin 2025-ci ildə bitəcəyinə ümid etdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru