Blinken: ABŞ Türkiyənin Suriyada əməliyyat keçirməsini istəmir

Dünən, 15:14           
Blinken: ABŞ Türkiyənin Suriyada əməliyyat keçirməsini istəmir
ABŞ administrasiyası Türkiyənin Suriyada kürd silahlı qüvvələrinə qarşı genişmiqyaslı hərbi əməliyyat keçirməsini istəməz və bu ssenarinin qarşısını almağa çalışır.
TASS xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Parisdə Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə birgə mətbuat konfransındadeyib.
O, ABŞ-ın Kürdüstan Fəhlə Partiyası (terror təşkilatı PKK) ilə bağlı narahatlığını həll etmək üçün Türkiyə ilə çox sıx əməkdaşlıq etdiyinə işarə edib.
"Bu, müəyyən vaxt aparacaq bir prosesdir. Bu arada Suriyada müsbət hadisələr baş verir və münaqişə buna mane ola biləri. Bunun baş verməməsi üçün çox çalışdıq. Və biz bunu davam etdirəcəyik. Mən əminəm ki, yeni administrasiya da bunu edəcək.
Buna görə də biz müttəfiqlərimizlə, əlbəttə ki, PKK və terrorla bağlı çox əsaslı narahatlıqları olan Türkiyədəki tərəfdaşlarımızla çox sıx işləyirik”, - Blinken əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.