“kovid-faşizm”də günahı olanlar cəzalanmalıdır, yoxsa...

Bu gün, 07:14           
“kovid-faşizm”də günahı olanlar cəzalanmalıdır, yoxsa...
48 saat öncə “kovid-faşizm” zamanı sosial şəbəkələrdə həqiqəti söyləyənlə, və ya sual verənlərə qarşı ciddi senzuranın olduğu haqqında status yazmışdım. Bu dəfə sayları az olsa da, yeni 2-3 nəfər şərhlərdə, “bəy, sizi ciddi insan sayırdıq, bu nə fikirlərdir”, tipli sözlər yazanlar oldu. Eyni qaydada bu məsələlərə o zaman gündəmə gətirənləri necə “komploçu” çıxardaraq aşağılayırdılarsa, indi də buna cəhdlər var.
Amma, bu məsələ, şəxsən mənim üçün prinsip məsələsidir – çünki, 2020-ci ildə virusla bağlı dünyada apardılan siyasəti elə o zaman ölkəmizdə publik tənqid edən tək-tük insanlardan biri idim, bu yanaşmanın insan faciələrinə, böyük müharibələrə, iqtisadi tənəzzülə, inflyasiyaya yol açacağını dəfələrlə söyləmişdik. O zaman həkimlər bir kənara, bəzi özünü “müxalifət lideri” kimi təqdim edib həm özünü, həm də vətəndaşı aldadanlar, sahəsi-biliyi-məlumatı olmayan məsələdən – vaksinlərdən danışıb insanları vaksin vurdurmağa çağırırdılar. Görəsən indi bu məsələyə görə utanırlarmı?!
Bu gün gecə saatlarında (bir daha – mən bu haqda 48 saat öncə yazmışdım) “Meta”-nın rəhbəri Mark Zuckerberg etiraf edib ki, “kovid” zamanı Bayden administrasiyasının təkidi və tələbinə görə onlara məxsus sosial şəbəkələrdə “kovidlə” bağlı sərt senzura tədbiq edilib. Tək sadə insanların deyil də, alimlərin belə vaksinləşmə ilə bağlı neqativ fikirləri silinib, onlar bloklanıblar. Söylədiklərinin vətəndaşlara çatmaması üçün hər şey ediblər.
Azərbaycanda o zaman “vaksin arayışı” satanlara qarşı cinayət işləri açılmışdı, əslində, belə çıxır ki, onlar insanları xilas ediblər, belə çıxır ki, məmləkətdə ilk dəfə korrupsiya insan həyatını qurtarıb. Bəlkə də, onları əfv edib cinayətlə bağlı bütün işlərə xətm etmək lazımdır.
Bu məsələləri daim gündəmdə saxlamaq lazımdır – İkinci Dünya Müharibəsindən sonra insanlıq əlehinə ən böyük cinayətlərdən biri məhz “kovid-faşizm” oldu. Bir daha belə məsələlər təkrarlanmasın deyə, Dünyada bu işdə əli olan hər kəs cəzalandırılmalıdır...
təkrarlanmasın deyə, Dünyada bu işdə əli olan hər kəs cəzalandırılmalıdır...
https://www.cnbc.com/.../mark-zuckerberg-says-biden...
https://wcti12.com/.../zuckerberg-says-biden-admin-pushed...
https://thehill.com/.../5080172-mark-zuckerberg-biden.../
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.