Rusiyadan uzaq durun...

Bu gün, 08:14           
Rusiyadan uzaq durun...
Rusiyadan uzaq durun...
Problem istəmirsinizsə, Rusiyadan uzaq duracaqsınız. Çünki artıq Putinin dostlarının problemləri yaranmağa başlayır. Əvvəlcə Georgesku, sonra Dodik...
Srpska Muxtar Respublikasının rəhbəri Milorad Dodik bir il həbs və 6 il siyasi fəaliyyətə qadağa qoyulub. Məhkəmə onu BMT-nin Ali Nümayəndəsinə tabe olmamaqda ittiham edərək qiyabi hökm çıxarıb.
2023-cü ilin avqustunda Dodikə qarşı Bosniya və Herseqovina Konstitusiya Məhkəməsinin qərarlarını Serb Respublikası ərazisində etibarsız elan edən fərmanına görə ittihamlar irəli sürülür.

Xatırladım ki, bu gün gəm də Rumıniya prezidentliyinə namizəd Kalin Corcesku saxlanılıb. Rumıniyada keçirilən prezident seçkilərində Rusiyanın müdaxiləsi iddiası ilə ləğv edilən rusiyapərəst namizəd Kalin Corcesku saxlanılıb. Siyasətçinin avtomobili yolda saxlanılıb, bundan sonra o, dindirilmək üçün Baş Prokurorluğa aparılıb.
Bu səhər Corceskunun ətrafına daxil olan şəxslər də faşist, irqçi və ksenofobik xarakterli təşkilat yaratmaqda, habelə soyqırım və ya müharibə cinayətlərində təqsirli olan insanlara pərəstiş etmək kimi bir sıra cinayətlərdə şübhəli bilinərək həbs ediliblər.
Rumıniya Baş Prokurorluğunun məlumatına görə, Corceskunun seçki kampaniyasının maliyyələşdirilməsi ilə Rusiya arasında aydın əlaqə var. Prezidentlik kampaniyası zamanı TikTok şəbəkəsində çoxlu saxta hesablar vasitəsilə Kalin Corceskunu dəstəkləyən mesajlarla doldurulmuşdu. Rumıniya hakimiyyəti təbliğat botları şəbəkəsinin Kreml tərəfindən koordinasiya edildiyini düşünür.
Dadash Ahmadli
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.