Tramp: Putin Ukrayna məsələsində güzəştə getməli olacaq

Bu gün, 16:34           
Tramp: Putin Ukrayna məsələsində güzəştə getməli olacaq
ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya lideri Vladimir Putin Ukrayna münaqişəsinin həlli üçün müəyyən güzəştlərə getməli olacaq.
Bu barədə TASS məlumat yayıb.

"Bəli, bunu edəcək. Ona məcbur olacaq", – deyə Tramp Putinin bəzi məsələlərdə güzəşt edib-etməyəcəyi ilə bağlı suala cavab verib.

Eyni zamanda, Ağ Ev rəhbəri Ukrayna ilə bağlı razılaşmanın əldə olunacağına dair zəmanət verməyə hazır olmadığını, lakin sonda bu sazişin imzalanacağına inandığını qeyd edib. O, Rusiya prezidentini ağıllı siyasi lider adlandırıb.

Bundan əlavə, Tramp vurğulayıb ki, Ukrayna NATO-ya üzv olmaq perspektivindən imtina etməli olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.