Tramp bu gün daha bir mifi məhv etdi
Bu gün, 15:24

2 vacib bəyanat.
- Tramp bu gün daha bir mifi məhv etdi, hansını? "ABŞ bütün gücünü Çinlə mübarizəyə yönləndirəcək" mifini.
Tramp bu gün bəyan etdi ki, Çinin Tayvana hücumu təqdirdə, ABŞ Tayvanı müdafiə etməyəcək.
Rusiya, post-sovet məkanı, Ukrayna, hətta Avropanı kənara qoyaq, Trampın bircə bu mövqeyi(Tayvanla) ABŞ-ın dünya liderliyinə son qoyacaq. Tayvan yarımkeçiricilərin istehsalı üzrə dünya lideridir və Çinin Tayvanı işğalı təqdirdə, Çin bütün dünya üçün yarımkeçiricilərin monopoliyasını quracaq. Vəssalam.
- Trampın oğlu canlı efirdə bəyan etdi ki, ABŞ gərək Ukraynaya yox, Rusiyaya silah yardımı edərdi.
Bayden administrasiyası Ukraynaya non-stop rejimində silahlar axını təşkil etmişdi və Rusiyadan reparasiyalar tələb edirdi. Tramp administrasiyası isə tam əks siyasət yürüdür, Ukraynadan faktiki olaraq reparasiyalar(başqa adla) tələb edir və artıq Rusiyaya silah yardımı barədə danışmağa başlayır.
Kamran Cəfərov
TEREF