Azərbaycan “Freedom House”un hesabatında geriləyib
Bu gün, 16:18

Fevralın 26-da “Freedom House” insan haqları təşkilatı 2024-cü il üzrə hesabatını paylaşıb. “Dünyada Azadlıq” adlanan hesabatda Azərbaycan “azad olmayan” ölkə olaraq təsnif olunub.
Hesabata əsasən, 2024-cü ildə 60 ölkədə insanlar siyasi hüquq və vətəndaş azadlıqlarının pisləşməsini yaşayıblar və yalnız 34 ölkədə yaxşılaşma müşahidə olunub.
Ötən il bir sıra dünya ölkələrində baş tutan seçkilərə də toxunan hesabatda deyilir: “Azad ölkələrdə seçkilər, əsasən, rəqabət ortamında və ədalətli şəkildə keçirilsə də, avtoritar ölkə və ərazilərdə seçicilərin həqiqi seçim imkanı az olub. Azərbaycan, Əlcəzair, Rusiya, Ruanda kimi ölkələrdə avtoritar hakimiyyətlər siyasi rəqiblərini həbs edərək, cəzalandıraraq və ya namizədlikdən çıxararaq məğlubiyyət ehtimalını aradan qaldırıblar”.
Hesabatda qeyd olunur ki, azad olmayanlar kimi təyin edilmiş 67 ölkə və ərazidən Azərbaycan da daxil olmaqla 17-si siyasi hüquqlar və vətəndaş azadlıqları üzrə ən pis ümumi xallara malikdir. Bəziləri 2005-ci ildən bəri dünyanın ən pis bal toplayan ölkələrində və ərazilərində Azadlıq arasında qalıblar, digərləri isə onları aşağı salan böyük enişlərlə üzləşib.
Azad olmayanlar kimi təyin edilmiş 67 ölkə və ərazidən aşağıdakı 17-si siyasi hüquqlar və vətəndaş azadlıqları üzrə ən pis ümumi xallara malikdir. Bəziləri 2005-ci ildən bəri dünyanın ən pis xal toplayan ölkələri və əraziləri arasında qalıblar, digərləri isə onları indeksdə aşağı salan daha böyük enişlərlə üzləşib.
Hesabat görə, Azərbaycan “Dünyada Azadlıq” indeksində son 10 ildə 13 pillə geriləyib. 2005-ci illə müqayisədə isə, ölkənin sahib olduğu xallar 33-dən 7-ə enib.
Qonşu ölkələrdən Ermənistanla Gürcüstan "qismən azad", Rusiya, Türkiyə və İran isə "azad olmayan" hesab olunub.
"Freedom House" əvvəlki hesabatlarında da son illərdə Azərbaycanda müstəqil media və vətəndaş cəmiyyətinə basqıların gücləndiyini vurğulayıb.
Azərbaycan hökuməti isə ölkədə hüquq və azadlıqların sıxışdırılması ilə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Azərbaycan prezidenti İlham Əliyev nitqlərdində dəfələrdə “Freedom House” və başqa insan haqları təşkilatlarını qərəzli olmaqda ittiham edib.