ABŞ İrana qarşı hərbi əməliyyata başlaya bilər

24-03-2025, 12:18           
ABŞ İrana qarşı hərbi əməliyyata başlaya bilər
ABŞ müəyyən şərtlər daxilində İrana qarşı hərbi əməliyyatlara başlaya bilər.

Bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff "Fox News"a müsahibəsində bildirib.

"Bizə hər şeyi hərbi yolla həll etmək lazım deyil, lakin bu, o demək deyil ki, əgər bizi müəyyən həddə çatdırsalar, hərbi əməliyyatlara əl atmayacağıq, müəyyən şərtlər daxilində biz bunu edəcəyik", - o vurğulayıb.

Uitkoff əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın mövqeyi ondan ibarətdir ki, İran nüvə silahına malik olmamalıdır.

"Biz onların nüvə arsenalı yaratmağa başlamasına icazə verə bilmərik", - ABŞ liderinin xüsusi nümayəndəsi bildirib.

Xatırladaq ki, martın 7-də Tramp özünün "Truth Social" hesabında yazıb ki, o, İranın ali lideri Ayətullah Əli Xameneiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqların aparılmasını təklif edən məktub göndərib. İran lideri ABŞ prezidentinin bu bəyanatını şərh edərkən vurğulayıb ki, Vaşinqton yalnız öz maraqlarını düşündüyü üçün ölkəsi onlarla dialoqa getməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru