“Cavabımız sərt olacaq” — Xamenei

1-04-2025, 00:09           
“Cavabımız sərt olacaq” — Xamenei
İranın Ali lideri Əli Xamenei ABŞ-nin ölkəyə kənardan hücumu ehtimalına inanmadığını, lakin Vaşinqtonun, İran daxilində üsyan qaldırmağa çalışarsa, sərt cavab alacağını bildirib.

Xamenei bu sözləri Ramazan bayramı münasibətilə xütbə zamanı deyib.

“Onlar nəsə pis iş görəcəkləri ilə hədələyirlər, lakin biz belə düşünmürük, hətta ehtimal azdır ki, onlar kənardan nəsə pislik edərlər. Amma etsələr belə, bizim cavabımız sərt olacaq. Əgər birdən ölkə daxilində üsyan qaldırmağa qərar versələr, o zaman İran xalqı özü onlara cavab verəcək”, - deyə o bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı Vaşinqtonla razılığa gəlməyəcəyi təqdirdə İranın başına pis şey gələ biləcəyini deyib. (qafqazinfo.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru