Rusiyadan daha bir ölkəyə ŞOK - “Tarixdə belə millət olmayıb, ərazi birləşməlidir”

5-05-2025, 08:08           
Rusiyadan daha bir ölkəyə ŞOK -
“Moldova tarixi dərsliyində moldovalıların bir millət olaraq mövcud olmadığı ifadəsi var”.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Dərslikdə bildirilir ki, Moldovanın bütün vətəndaşları rumınlar kimi təqdim olunur və ayrıca Moldova millətinin mövcudluğu rədd edilir.

Mənbəyə görə, dərslikdə Moldova ərazisinin rumın xalqlarının ilkin torpaqları olduğu vurğulanır və moldovanların ayrı yaşamaq hüququ tanınmır:

“1918-ci ildə Moldovanın Rumıniyaya birləşməsinin zəruriliyini izah edən fəsildə isə Milli Moldova Partiyasının üzvü Teofil İonkunun “Moldova milləti yoxdur” və “Moldova” ilə “Moldovalılar” anlayışlarının yalnız coğrafi mənşəyə əsaslandığı fikirləri yer alır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru