BCM prokuroru inzibati məzuniyyətə çıxıb – ona qarşı seksual təcavüz iddiaları araşdırılır

17-05-2025, 00:03           
BCM prokuroru inzibati məzuniyyətə çıxıb – ona qarşı seksual təcavüz iddiaları araşdırılır
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Karim Xan müvəqqəti olaraq inzibati məzuniyyətə çıxıb.

Bu barədə "Reuters" məhkəmə daxilindəki mənbəyə istinadla xəbər yayıb.

Mənbənin məlumatına görə, məzuniyyətin səbəbi BMT tərəfindən Xan barəsində aparılan istintaqın son mərhələyə yaxınlaşmasıdır. İstintaq onun BCM-dəki qadın əməkdaşlara qarşı ehtimal olunan seksual təcavüz iddiaları ilə bağlı aparılır.

"Reuters"in yazdığına görə, keçən həftə Xan BMT-nin istintaqçıları ilə görüşüb və bu, dekabrda başlanmış xarici araşdırma çərçivəsində sonuncu dindirmə hesab olunur.

Onun məzuniyyətə çıxması ilə bağlı rəsmi açıqlamanın cümə günü sonunadək verilməsi gözlənilir.

Qeyd edək ki, Karim Xana qarşı seksual təcavüz ittihamları 2024-cü ilin payızında irəli sürülmüşdü. BCM-nin keçmiş əməkdaşı prokuroru vəzifəsindən sui-istifadə edərək ona təzyiq göstərməkdə və "yaxınlıq" tələb etməkdə ittiham etmişdi. Daha sonra Xan tərəfindən işi ört-basdır etməyə cəhd edildiyi barədə də məlumatlar yayılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru