Azərbaycan hay küylü həbslər ərəfəsində - siyahıda nüfuzlu nazirlər də var

31-10-2016, 10:39           

Azərbaycanda yaxın günlərdə hay-küylü həbslərə start veriləcək. Söhbət Bakıda fəlaliyyət göstərən qatı Fətullah Gülən tərəfdarlarının zərərsizləşdirilməsindən gedir. Bu barədə redaksiyamıza hakimiyyətdəki qaynaqlardan məlumat daxil olub. Mənbənin məlumatına görə Azərbaycan prezidenti İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyədə keçirtdiyi və ictimaiyyətə açıqlanmayan görüşlərinin əsas mövzusu Azərbaycanda fəal Gülən tərəfdarlarının siyahısının dəqiqləşdirilməsi olub: Ə.Həsənov prezidenti xüsusi tapşırığı ilə Türkiyə siyasi elitası ilə keçirtdiyi qapalı görüşlərdə Bakıdakı Gülən tərəfdarlarının siyahısını dəqiqləşdirmək olub.
Əli Həsənov hakimiyyətdəki “gülənçilər”ə qarşı xüsusi mənfi münasibəti ilə seçilir. Hələ bir neçə il əvvəl hakimiyyət daxilində başlanan “nurçu qalmaqalı”nda bu şəbəkənin bir neçə üzvünün sıradan çıxarılmasında Əli Həsənovun xüsusi da rolu olub. Ona görə də Azərbaycan prezidenti bu məsələ ilə bağlı son məsləhətləşmələrə ən çox etibar etdiyi köməkçisini göndərib.
Yada salaq ki, Əli Həsənovun Türkiyə səfəri ərəfəsində Qaradağ rayonunda “nurçu əməliyyatı”nın keçirilib və müşahidəçilər bunu təsadüfi saymır. Redaksiyamıza bir qədər öncə mötəbər mənbələrdən daxil olan məlumatlara görə, Ərdoğan Administrasiyasının Ə.Həsənova təqdim etdiyi siyahıda bir sıra yüksək ranqlı məmurların, o cümlədən də nazir və millət vəkillərinin adı var.
Siyahıda 1000-ə yaxın iri və orta çaplı məmur adı var. Gülənçilər nazirliklərdə, dövlət müəssisələrində, Elmlər Akademiyasında, ali məktəblərdə, bank və başqa iri biznes strukurlarında qərarlara təsir edə biləcək postlarda yerləşdirilib. Gülənçilərin sayı Azərbaycanda çox olsa da, onların ən aktivləri ilə bağlı tədbirlər görüləcək. Çünki hakimiyyət Türkiyədə olduğu kimi kütləvi repressiyalara getməyəcək. Sadəcə, müəyyən aktiv təbəqə zərəsizləşdiriləcək – deyə mənbə vurğulamışdı.
Saytımızı məumatlandıran qaynağın sözlərinə görə, hazırda Ə.Həsənovun Türkiydən gətirdiyi son siyahı ilə bağlı məsləhətləşmələr gedir: “Siyahıda hətta sürpriz adlar da var. Sürpriz adlar əsasən maliiyyə və güc strukturlarında gizli Gülən tərəfdarlarının siyahısı ilə bağlıdır. Türkiyənin xüsusi xidmət orqanları bu barədə Azərbaycan tərəfinə detallı hesabat ötürüblər. Gülən tərəfdarların gizli əməkdaşlıq etdiyi banklar, dövlət qurumları və məmurlarının adı hesabatda əksini tapıb. Bu əməliyyatlar miqyasına görə hətta “MTN işini” də kölgədə qoya biləcək. Bu siyahıya Milli Məclisin 40-a yaxın deputatı da daxil olmaqla, nüfuzlu nazir və nazir müavinlərinin, iri dövlət və özəl müəssislərin rəhbərlərinin, KİV başçılarının adı daxildir – deyə mənbə vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.