Rəqs edən, atəş açan, oynayan, insan üzlü robotlar barədə maraqlı GÖRÜNTÜLƏR
Bu gün, 15:28
Çində start götürən 2025 Dünya Robot Konfransında texnologiyanın son nailiyyətləri nümayiş etdirilib. Tədbirdə təqdim olunan robotlar bacarıqları ilə tamaşaçıları heyran qoyub.
Oxu.Az bildirir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Kadrlarda onların əşyaları səliqə ilə yığdığı, rəqs etdiyi, ox atdığı, futbol oynadığı və hətta bokslaşdığı görünür. Sərgidə insan sifətinə sahib robotlar da diqqət mərkəzində olub.
Mütəxəssislərin sözlərinə görə, bu cür tədbirlər robot texnologiyalarının nə qədər sürətlə inkişaf etdiyini və onların gündəlik həyatda tətbiq imkanlarının genişləndiyini göstərir.