Yeni "iPhone"lar tamamilə şüşədən hazırlana bilər -

Bu gün, 15:24           
Yeni "iPhone"lar tamamilə şüşədən hazırlana bilər -
"Apple" illərdir üzərində işlədiyi tamamilə şüşədən hazırlanmış "iPhone" layihəsi üçün yeni patent əldə edib. Bildirilir ki, şirkət 2018-ci ildən bəri bu ideyanın arxasındadır.

Valyuta.az xəbər verir ki, əvvəlki patent müraciətində "iPhone"un bütün səthlərinin toxunmağa həssas olacağı, hətta yan və arxa hissələrdən belə ekrana giriş imkanı veriləcəyi bildirilmişdi. İndi isə eyni adla yeni bir müraciət daha qeydə alınıb.

Yeni patentdə göstərilən dizayna görə:

"iPhone" yalnız ön və arxa şüşədən ibarət olmayacaq, kənar hissələr də şüşədən hazırlanacaq.

Fiziki düymələrə ehtiyac qalmadan cihazın yan səthlərinə toxunaraq idarəetmə mümkün olacaq.

Telefonu sıxmaqla zəngi bitirmək kimi yeni hərəkətlər də tətbiq edilə biləcək.

Ön, arxa və yan səthlər vahid interfeys kimi işləyəcək, divar kağızları və ikonlar səthlər arasında hərəkət edə biləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru