PA-da yeni şöbə yaradıldı

3-06-2017, 13:48           
PA-da yeni şöbə yaradıldı
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yeni şöbə yaradılıb.

Report xəbər verir ki, bu, İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsidir.

Hələ ki, şöbə müdiri vəzifəsinə təyinat olmayıb.

Bununla da PA-da şöbələrin sayı 16-a çatdırılıb.

Qeyd edək ki, bundan əvvəl PA-da iki yeni şöbə yaradılmışdı. Bunlar Gənclər siyasəti və idman məsələləri şöbəsi və Millətlərarası münasibətlər və multikulturalizm və Dini məsələlər şöbəsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru