Nazirlər parkda çərpələng uçurtdular - Sərgidən səmimi fotolar

28-08-2017, 19:49           

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunmuş tədbirə qatılıb.

Musavat.com primetime.az-a istinadən xəbər verir ki, DTX rəisi öncə Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkil etdiyi klassik avtomobillərin yürüşü və sərgisində iştirak edib. Daha sonra isə Mərkəzin parkında baş tutan "Çərpələng festivalı"na qatılıb.

Festivala həmçinin təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, əməkdar artistlər Tahir və Cabir İmanov qardaşları, müğənni Nigar Camal, şairə Zəhra Bədəlbəyli, aparıcılar Kamilə Babayeva, Ceyhun Əli də qatılıb. Festivaldan olan fotoları oxucularımız üçün yayımlayırıq:


Nazirlər parkda çərpələng uçurtdular - Sərgidən səmimi fotolar












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.