DGK-dan Rusiya ilə sərhəddəki durumla bağlı - Açıqlama
28-08-2017, 20:36
Dövlət Gömrük Komitəsi (DGK) bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan-Rusiya Federasiyası sərhədində avtomobillərin sıxlığının yaranmasına dair yayılan məlumatlara aydınlıq gətirib.
DGK Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, sözügedən məlumatlar həqiqətə uyğun deyil.
“27-28 avqust tarixlərində Rusiya Federasiyası ilə sərhəddə yerləşən sərhəd-keçid məntəqələrində avtomobillərin sıxlığı müşahidə olunmayıb. Qeyd edilən tarixlərdə bütün nəqliyyat vasitələrinin qanunvericiliyə uyğun olaraq maneəsiz şəkildə sərhədi keçmələri təmin edilib və hazırda da Rusiya Federasiyası ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələri gündəlik iş rejimində fəaliyyət göstərir”, komitənin məlumatında deyilir.