Tramp və Qətər əmiri terrorçuluqla mübarizə məsələlərini müzakirə ediblər

16-01-2018, 08:35           

ABŞ prezidenti Donald Tramp və Qətər əmiri şeyx Tamim bin Həməd əl-Tani arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, telefon danışığı zamanı ikitərəfli münasibətlər və iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsinin yolları müzakirə olunub. Bundan əlavə terrorçuluqla mübarizə məsələləri müzakirə edilib və Tramp Qətərin bu sahədə rolunu yüksək qiymətləndirib.

Bildirilir ki, hər iki lider Yaxın Şərq regionundakı vəziyyətə və beynəlxalq problemlərə toxunublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru