“Qiyamət günü maşını” Trampı qorxutdu – FOTOLAR

16-01-2018, 09:24           
“Qiyamət günü maşını” Trampı qorxutdu – FOTOLAR
Rusiyanın nüvə döyüş başlıqları ilə təchiz edilmiş “Status-6” sualtı atom gəmisi ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən rəsmən təhdid kimi qəbul edilib. Publika.az xəbər verir ki, bu haqda “Defense News” nəşri bildirib.

Nəşr yeni nüvə doktrinasının ilkin layihəsinə diqqəti yönəldib. ABŞ-ın milli təhlükəsizlik strategiyasında nüvə silahının rolunu müəyyən edən sənəd hazırda prezident Donald Tramp üçün hazırlanır. Sənəddə ağ-qara diaqram var. Orada “Status-6” qitələrarası nüvə torpedasından danışılır.



Amerika kəşfiyyatının məlumatlarına əsasən, atom reaktoru ilə işə salınan torpeda saatda 185 kilometrlə 10 min kilometr məsafə qət edə bilər. Bu silah bir kilometr dərinlikdə, gücü 100 meqaton olan döyüş başlığını daşıyaraq hədəfə gedə bilər.

Xatırladaq ki, 2015-ci ilin 11 noyabrında Rusiya kanalları “Status-6”-ya aid kadrlar yayımlamış və beləliklə, gizli hərbi sirri görüntüləmişdi. Süjet isə Rusiya prezidenti Vladimir Putinin müdafiə mövzusu üzrə keçirdiyi müşavirənin gedişatında çəkilmişdi. Kreml Rusiya kanallarının səhvən gizli planları yayımladığını sonradan təsdiq etmişdi. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov belə halların bir daha təkrarlanmayacağına söz vermişdi.



“Status-6” bir çox hərbi ekspertlər tərəfindən sadəcə bir silah yox, “Qiyamət günü maşını” adlandırılır. Bildirilir ki, torpeda istənilən qlobal müharibədə məğlubiyyətə uğrayan yeganə tərəfin Rusiyanın olmayacağına, qalib tərəfin isə ümumiyyətlə olmayacağına zəmanət verir.

BBC-nin xəbərinə görə, “Status-6” torpedosu, geniş radioaktiv çirklənmə yaratmaq üçün nəzərdə tutulub. Bu sualtı silah, düşmən sahillərində mühüm iqtisadi qurğuları məhv edə və geniş ərazilərdə radioaktiv çirklənmə yaratmaqla ölkələrin ərazisinə ciddi ziyan vura bilər.



Ekspertlər belə hesab edir ki, “Status-6” ABŞ-ın nüvə hücumundan çəkindirir. Nüvənin partlaması iqtisadi mərkəz hesab edilən liman şəhərlərini məhv etmək üçün kifayətdir. Sıx və uzunmüddətli radioaktivlik dənizdə neft yataqları və balıqçılıq kimi təbii sərvətlər üçün daha dağıdıcı olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru