ABŞ ən böyük düşməninə qarşı HƏRƏKƏTƏ KEÇDİ: "ölüm maşın"larından çox təhlükəli ADDIM

28-04-2018, 21:45           

Cənubi Cin dənizində ABŞ və Çin arasında gərginlik hər keçən gün artır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın “B-52” bombardmançı təyyarələri Cənubi Çin dənizinə daxil olaraq Spratli adasının üzərində uçublar.

Xəbərə görə, Quam adasından qalxan bombardmançılar mübahisəli sular üzərində təlim uçuşu həyata keçirirlər. “Ölüm maşını” olaraq tanınan “B-52”-lər tonlarla bomba daşıya bilən ən böyük strateji bombardmançı təyyarələrdən biridir.

CNN telekanalına danışan ABŞ ordusunun səlahiyyətliləri iki bombardmançının Çinin hərbi hava limanı və Çinin raket bazalarının olduğu Spratli adasının üzərindən uçduğunu təsdiq ediblər.

Çinin Amerikanın döyüş təyyarələrinin qarşısını almaq üçün heç bir addım atmadığı bildirilir. Telekanal təlim uçuşlarında Yaponiyanın “F-15” döyüş təyyarələrinin də iştirak etdiyini bildirib.

Qeyd edək ki, Çin ordusu iki həftə əvvəl Cənubi Çin dənizində tarixinin ən böyük güc nümayişini edib. Çin lideri Si Cinpinin də uniforma ilə qatıldığı dəniz təlimlərində “Liaoning” təyyarədaşıyan gəmi ilə yanaşı, 48 döyüş gəmisi və sualtı qayıq, 76 döyüş təyyarəsi və 10 mindən çox əsgər qatılıb.

ABŞ isə aprel ayının əvvəlində “USS Theodore Roosevelt” təyyarədaşıyan gəmidən 20 dəqiqə ərzində 20 döyüş təyyarəsi qaldırmışdı.

Qeyd edək ki, dünyanın ən əhəmiyyətli dəniz marşrutlarından biri olan Cənubi Çin dənizi zəngin karbohidrogen ehtiyatlarına malikdir. Çindən başqa, Filippin, Vyetnam, Malayziya, Bruney və Tayvan kimi ölkələr də beynəlxalq suları iddia edirlər. ABŞ isə Çinin bu regionda möhkəmlənməsi təhlükəsizlik maraqlarına zərbə hesab edir və son illər Cənubi Çin dənizi regionunu xarici siyasətin prioritetlərindən birinə çevirib.

ABŞ-ın son təhlükəsizlik strategiyasında isə Çin və Rusiya ən böyük təhdidlər adlandırılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.