BƏƏ və Səudiyyə Ərəbistanının 40 milyardlıq GİZLİ PLANI - Suriyalılar zorla PKK üçün...

29-04-2018, 12:26           

Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ittifaqı suriyalı müxalif qruplara qarşı sabotaj fəaliyyətlərini davam etdirir.

Publika.az xəbər verir ki, müxaliflər 1000 dollarlıq maaş vədi ilə PKK terror təşkilatının bölgələrinə göndərilməyə məcbur edilir, bəzi qrup rəhbərləri isə sui-qəsd və ölümlə təhdid edilir.

Suriyanın daxilində mübarizə aparan silahlı qruplaşmalar PKK-nı qorumaq məqsədilə qurulan Ərəb Ordusuna qatılmağa məcbur olunur. İttifaq Ərəb Ordusuna ən az 50 000 yeni əsgər toplamaq niyyətindədir. Buna görə gənc əsgərlər ayda 1000 dollaq maaş qarşılığında İordaniya və Haseki bölgələrində amerikalı mütəxəssislərin verdiyi təlimlərə qatılmağa cəlb edilir. Səudiyyə kəşfiyyatı bu kampaniyada xüsusi fəallığı ilə seçilir. Kəşfiyyatın ixtisaslaşmış üzvləri Türkiyənin Suriyada həyata keçirdiyi “Fərat qalxanı” və “Zeytun budağı” hərəkatını gözdən salmağa da çalışırlar.

Haseki, Deyr-əz-Zor, Xüms, Dəra, Dəməşq, Hələb, İdlib, Tartus, Lazkiyə və Küneytra bölgələrində muzdlu əsgər axtarışları həyata keçirilir. Müharibə təcrübəsi olanlara daha çox üstünlük verilir.

Hazırda Ərəb Ordusuna qatılmaq üçün ən böyük fəaliyyət paytaxt Dəməşqdə aparılır. Müxalif qüvvələrə İordaniyaya getmək təklif edilir. Ancaq bütün qruplaşmalar bu təklifi rədd edir. Bunun qarşılığında ölümlə təhdid edilən 40 komandir sui-qəsdlərlə öldürülüb.

Qeyd edək ki, PKK terror təşkilatına dəstək və qoruma məqsədilə yaradılan Ərəb Ordusuna 40 milyard dollar büdcə ayrılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.