Telman İsmayılov VİDEO müraciət yaydı - TƏCİLİ

30-04-2018, 13:38           
Telman İsmayılov VİDEO müraciət yaydı - TƏCİLİ
Azərbaycanlı milyarder Telman İsmayılov video müraciət yayımlayıb.

Sfera.az xəbər verir ki, Telman İsmayılov video müraciətdə qardaşının həbsinə etiraz edib. Telman İsmayılov qardaşının məhkəmə işində şahid Mehman Kərimovun yanlış məlumat verdiyini və məhkəmənin qərarının yanlış olduğunu bildirir.

Mehman Kərimovun yenidən məhkəməyə şahid qismində gətirilməsini tələb edir, yalnız şahidin öldürülməsindən narahat olduğunu vurğulayır. Buna görə də İsmayılov hüquq orqanlarına məhkəmə işinə obyektiv yanaşmalarını xahiş edib.

Qeyd edək ki, beynəlxalq axtarışa verilən Telman İsmayılovun qardaşı Rafiq İsmayılov Rusiyada həbs olunub. Milyarderin qardaşı iki biznesmenin Vladimir Savkin və onun tanışı Yuriy Brilevin qətlində ittiham edilərək həbs olunub.

Qətl hadisəsinə görə R.İsmayılov ilə yanaşı killer kimi Mehman Kərimov da saxlanılmışdı. (İnterpress.az)

Həmin video müraciəti oxucularımıza təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru