Paşinyanın Ermənistanın hakim partiyasının rəsmiləri ilə görüşü nəticəsiz başa çatıb

30-04-2018, 19:17           
Paşinyanın Ermənistanın hakim partiyasının rəsmiləri ilə görüşü nəticəsiz başa çatıb
“Nikol Paşinyanın cavabları inandırıcı deyildi”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Respublikaçılar Partiyasının xarici əlaqələr üzrə komissiyasının sədri Armen Aşotyan Nikol Paşinyanla görüşdən sonra bildirib.

“Avrasiya İqtisadi İttifaqının Ermənistana heç nə verməməsi ilə bağlı Nikol Paşinyanın söylədikləri şantajdır. Bir sıra məsələlər üzrə Nikol Paşinyanın və komandasının baxışları avropayönlü olub anti-Rusiya xarakterlidir”, - o vurğulayıb.

A.Aşotyan Nikol Paşinyanın aprel döyüşləri ilə bağlı fikirlərini də bölüşməyərək deyib: “Belə çıxır, Serj Sarqsyan düz deyirdi, Nikol Paşinyan isə haqlı deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru