ABŞ və Fransa prezidentləri Suriya və İranı müzakirə ediblər 1-05-2018, 08:24 ABŞ və Fransa prezidentləri Donald Tramp və Emmanuel Makron arasında bazar ertəsi telefon danışığı olub.“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.Bildirilir ki, tərəflər Suriya və İranla bağlı məsələləri müzakirə ediblər. Söhbətin detalları açıqlanmır.Xatırladaq ki, Makron ABŞ-a dövlət səfərindən yeni qayıdıb. Facebook-da paylaş