Moqerini: "İranın atom sazişi üzrə öhdəlikləri pozmasına dair əsas yoxdur"

1-05-2018, 08:26           
Moqerini: "İranın atom sazişi üzrə öhdəlikləri pozmasına dair əsas yoxdur"
İsrail baş nazirinin İranla bağlı bəyanatını sənədlərə baxdıqdan sonra qiymətləndirmək olar, eləcə də, IAEA-nın rəyini gözləmək lazımdır, lakin hələ ki, Tehranın atom sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri pozmasına dair əsas yoxdur.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu bazar ertəsi Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Moqerini deyib.

"Bu ilkin reaksiyadır, çünki, aydın görünür ki, biz baş nazirin bəyanatının detallarını qiymətləndirməliyik, sənədlərə baxmalıyıq və ilk növbədə IAEA-nın qiymətləndirməsini almalıyıq, çünki IAEA İranın nüvə öhdəliklərinin monitorinqinə cavabdeh olan yeganə qərəzsiz beynəlxalq təşkilatdır", — deyə o, Qahirədə çıxışı zamanı bildirib.

"Bizim mümkün problemləri həll etmək üçün mexanizmlərimiz var", - deyə o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru