Xaricdə yaşayan mühacirdən Cümhuriyyət günü ilə bağlı SABOTAJ, FOTOFAKT

1-06-2018, 21:56           
Xaricdə yaşayan mühacirdən Cümhuriyyət günü ilə bağlı SABOTAJ, FOTOFAKT
Mahir Cavadov Cümhuriyyəti quranları təhqir etdi
“Erməni dövlətinin yaradılması bahasına, ADR-in yaradılması Azərbaycana xəyanət idi”.

Bu sözləri sosial şəbəkədə hazırda Avstryada siyasi mühacir həyatı yaşayan və vaxtilə Xətai rayon prokuroru olmuş Mahir Cavadov paylaşıb. Son bir sutkada Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı neqativ statuslar paylaşan M.Cavadov fikirlərini “əsaslandırmağa” çalışıb.

Musavat.com onun bəzi statuslarını təqdim edir:

Birinci status belədir: “Elşən Abbas: 1918-də dövlət qurmaqdansa Ermənistan adlı bir dövlətin qurulmasına mane olmaq lazım idi. Görünür babalarımız o qədər də uzaqgörən olmayıblar.

Mahir Cavadov: 1918-20-ci illərdə, "babalar", Azərbaycan "dövlətini", Real Ermənistan adlı dövlətin qurulması maraqlarda, kağızda yaratmışdır”.

Digər statuslara diqqət: “Azərbaycan 1918-ci ildən bəridir ki, dövlət kimi yox, ancaq Rusiyanın şəxsi şirkəti kimi vardır”.

“Aşagıdakı faktlara əsasən, MƏN, cümhuriyyət gününü qeyd ETMİRƏM…

AZƏRBAYCAN ƏRAZİSİNDƏ: "Azərbaycan Demokratik Respublikasi" (ADR), 1918-20-ci illərdə M.Ə.Rəsulzadə və onun ətrafi tərəfindən, ancaq KAGİZ üzərində yaradilmişdir. Çünki ADR-in, yani M.Ə.Rəsulzadənin özünün müdafiəsi üçün realda ordusu yox idi. Rusiya tərəfindən, öz GEOSİYASİ maraqlarinda ərazimiz Azərbaycanda yerləşdirilmiş ermənilərin isə o anlarda real ordusu var idi, lakin onlar RƏSMİ kagiz üzərində yox idi. Və belə çixir ki, ADR, ermənilərin KAGİZ üzərində də BƏRQƏRAR olmasi üçün yəni "de-yure" rəsmləşdirilməsi üçün Azərbaycan ərazisində yaradilmişdir. Bu isə o deməkdir ki, ADR -in AZƏRBAYCAN ərazisində yaradilmasi, azərbaycanlilar üçün SƏRF deyildir, ərazilərimizin ermənilər tərəfindən "de-yure" RAHAT işğal edilməsi üçün yaradilmişdir. Yəni, Azərbaycan ərazisində, ERMƏNİ dövləti yaradilmasi üçün”.

Musavat.com
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru