Almaniyaya köçdüyü iddia edilən Xaləddin İsgəndərov Goranboydadır

3-06-2018, 18:18           
Almaniyaya köçdüyü iddia edilən Xaləddin İsgəndərov Goranboydadır
Ölkə prezident İlham Əliyevin bu il mayın 17-də imzaladığı sərəncamla Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Xaləddin İsgəndərovun Almaniyaya köçdüyünə dair məlumatlar yayılıb.

X.İsgəndərovun yaxın çevrəsindən alınan məlumata görə, sabiq icra başçısının Almaniyaya köçməsi xəbərləri yalandır. X.İsgəndərov vəzifədən azad ediləndən doğulduğu Goranboy rayonunun Xanqərvənd kəndinə üz tutub. Sabiq başçı kənddə olduğu müddətdə ailə üzvləri Bakıda qalıb. X.İsgəndərov dünənə qədər kənddə olub, bu gün isə Bakıya qayıdır.

Sabiq başçının ölkəni tərk etməsi üçün ciddi səbəb yoxdur. “Əgər həmin səbəb olsa belə, yuxarı dairələr onun Azərbaycandan çıxışına imkan verməz”.(Modern.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru