ABŞ-dan İrana qarşı növbəti həmlə

3-06-2018, 23:32           

İranın Dövlət Televiziya və Radio Təşkilatının sədri Əli Əsgərinin adı ABŞ-ın sanksiyalar siyahısına salınıb. ABŞ-ın mətbuat nümayəndəsinə qarşı sanksiya tətbiq etməsi İranda birmənalı qarşılanmayıb.

Axar.az xəbər verir ki, İran mətbuat nümayəndəsinə qarşı sanksiyanın tətbiq edilməsini ABŞ-ın həqiqətlərin televiziya vasitəsi ilə yayımlanmasından narahat olması kimi dəyərləndirib.

Əli Əsgərinin özü isə bildirib ki, ABŞ İran xalqının səsinin dünyaya çıxmasından qorxduğu üçün belə qanunsuz addım atıb. O qeyd edib ki, adının qadağalar siyahısına salınmasına baxmayaraq, öz fəaliyyətini davam etdirəcək və İran İslam İnqilabının nailiyyətlərini daha əhatəli şəkildə təbliğ edəcək












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru