Londondan Moskvaya demarş –Britaniya 130 rusiyalı oliqarxın hesablarını dondurmağa hazırlaşır

4-06-2018, 00:08           

Böyük Britaniyanın cinayətkarlıqla Milli mübarizə agentliyi ölkədəki rusiyalılara qarşı istintaqın əhatəsini genişləndirir və onların aktivləri dondurula bilər.

Bu barədə Azadlıq Radiosunun Rusiya xidməti iyunun 3-də “Britaniyanın Sandi tayms” qəzetinə istinadla məlumat verir. Mənbənin yazdığına görə, söhbət Rusiya prezidenti Vladimir Putinlə bağlı olan oliqarxlar, milyonçulardan gedir və bura 130 adam daxildir.

“Sandi tayms” bu barədə agentliyin iqtisadi pozuntular və kibercinayətlər üzrə şöbə rəisi Donald Tuna istinadla yazır. Onun komandası hazırda 120-dən 140-dək mənbəyi göstərilməyən vəsaitin dondurulması üzərində işləyir. Tun bildirib ki, onun təşkilatının fəaliyyəti hazırda korrupsiyalaşımış elita və onların qanunsuz sərvətləri ilə mübarizəyə yönəlib. Qəzet hökumətdəki mənbəyə istinadla yazır ki, cinayətkarlıqla milli mübarizə agentliyinin nəzər dairəsinə düşənlər Rusiya vətəndaşları və ya Rusiya ilə bağlı şəxslərdir.

Böyük Britaniyada qəbul edilən yeni qanuna görə bu ölkəyə 50 min funt sterlinqdən artıq sərmayə qoyanlar onun mənbəyini göstərməldirlər. Qeyd edək ki, rusiyalı keçmiş kəşfiyyatçı Sergey Skripal və qızı Yuliyanın martın 4-də İngiltərənin Solsberi şəhərində zəhərlənməsindən sonra Britaniya ilə Rusiya arasındakı münasibətlər kəskin pisləşib. (Azadlıq radiosu)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru