Rusiyanın “peyk-qatilləri” onları MƏHV EDƏ BİLƏR - ABŞ-dan SOS

26-08-2018, 10:26           
Rusiyanın “peyk-qatilləri” onları MƏHV EDƏ BİLƏR - ABŞ-dan SOS
Rusiyada peyk-qatillərin hazırlanması üzrə proqram mövcuddur.

Publika.az xəbər verir ki, bu haqda “National Interest” nəşri iddia edib.

Qeyd edilir ki, peyk-qatillərlə başqa ölkələrin kosmik aparatlarını sıradan çıxarmaq mümkündür.

Nəşr xatırladır ki, bu ilin avqustunda ABŞ-ın dövlət katibinin köməkçisi İlem Poblet Cenevrədə silahsızlaşma məsələləri üzrə konfransda Rusiyanı belə peyklərin işə salınmasında ittiham edib. Eyni zamanda Moskva bildirir ki, bu yalnız başqa kosmik aparatlarda problemlərin üzə çıxarılması üçün yaradılan peyk-inspektorlardır.

Məqalənin müəllifinin fikrincə, hər iki versiya yaşamaq hüququna malikdir, çünki təmir üçün alətlərə malik olan belə peyklər dəqiq manevr qabiliyyətinə və başqa kosmik aparatları çıxarmaq çıxarmaq imkanına malik ola bilər.

Nəşr qeyd edir ki, Rusiya bəzi məlumatlara görə, 2013-cü ildən bu yana “Kosmos-2491”, “Kosmos-2499”, “Kosmos-2504” və “Kosmos-2519” adlı 4 peyk-inspektor buraxıb. Onlar nöqtə manevrləri etməyə qadirdir. Peyk-inspektorlar anlaşılmayan manevrlər seriyasını həyata keçirib. Nəşr yazır ki, sözügedən kosmik aparatlar ABŞ-ı ciddi narahat edir.

Belə aparatlar ABŞ və Çində də var. ABŞ-ın “X-37” kəşfiyyatçı kosmoplanı bunlardan ən məşhurudur.

Qeyd edək ki, kosmik sahənin hərbiləşdirilməsi əsasən, 1967-ci ildən Kosmos haqqında beynəlxalq Müqavilə ilə qadağan edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.