Tramp xarici dövlətlərə yardımın ixtisar edilməsi planından imtina edib

29-08-2018, 07:32           
Tramp xarici dövlətlərə yardımın ixtisar edilməsi planından imtina edib
ABŞ prezidenti Donald Tramp xarici dövlətlərə yardım edilməsinin ixtisar olunması planından imtina edib.

"Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, bu barədə ABŞ mətbuatı ölkə prezidenti administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

İlkin məlumata görə, buna səbəb Konqresin mövqeyi olub. Məhz Konqresdə maliyyələşmənin ixtisar ediməsi ilə razılaşmayıblar.

"Reuters" xəbər verib ki, ABŞ-ın Beynəlxalq İnkişaf üzrə agentliyi yardımın 3,5 milyard dollar ixtisar edilməsini nəzərdən keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru