“Google” şirkəti ABŞ prezidentinin ittihamlarına cavab verdi –Bəyanat

29-08-2018, 07:34           
“Google” şirkəti ABŞ prezidentinin ittihamlarına cavab verdi –Bəyanat
“Google” şirkəti ABŞ prezidenti Donald Trampın ittihamlarına cavab verib.

“Google” şirkətinin bəyanatında vurğulanır ki, saytda axtarış nəticələri hansısa siyasi ideologiyanın xeyrinə dəyişdirilmir: “Axtarış sistemindən siyasi gündəliyin müəyyənləşdirilməsi üçün istifadə olunmur”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp hesab edir ki, “Google” onun barəsində axtarış aparılan zaman ilk növbədə “yalançı KİV-lərin pis süjetləri”ni verməklə nəticələri “qarışdırır”.

Dövlət başçısı bildirib: “Başqa sözlə, onlar nəticələri həm mənim, həm də digərləri üçün qarışdırırlar. Yalançı CNN-ə yer verilir, qərəzsiz KİV-lər isə buraxılmır. Bu, qanunidirmi?”

ABŞ Prezidenti əlavə edib ki, “Google” və digərləri konservantların səsini boğur və yaxşı məlumatları gizlədir: “Bu, çox ciddi vəziyyətdir. Məsələyə baxılacaq”.

Teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru