Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qaytarmaq istəmir - Metyu Brayza

13-09-2018, 19:21           
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qaytarmaq istəmir - Metyu Brayza
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qaytarmaq istəmir.

Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza deyib.

M.Brayza hesab edir ki, Amerika Erməniləri Milli Komitəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını istəmir: "Çünki bu, həmin təşkilatın donorlardan pul cəlb etmək imkanını azaldacaq".

Diplomat bildirib ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə 4 qətnaməsinin yerinə yetirilməsini təmin etməlidir.

Qeyd edək ki, Ermənistan parlamenti "Şant-2018" komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana qarşı müharibə elan edilməsi haqqında qərar qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru