Almaniyada qaçqınlar üçün tikilən sosial evlər sürətlə boşalır

13-09-2018, 20:28           
Almaniyada qaçqınlar üçün tikilən sosial evlər sürətlə boşalır
Almaniyada qaçqınlar üçün tikilən sosial evlər sürətlə boşalır. AzEuroNews.com xəbər verir ki, ötən ilin əvvəlində Almaniyanın bir çox əyalətində tikilib istifadəyə verilən sosial evlərin çoxu hazırda boşdur.

15-20 ailənin yaşaması üçün nəzərdə tutulan, təmirli və əşyalı evlərin boş olmasının səbəbini isə, həmin sosial evlərdən birində qalan həmvətənimiz Zaur Babayev saytımıza açıqlayıb.


Z.Babayevin sözlərinə görə, o və ailəsi Almaniyanın Şimali Reyn Vestfaliya əyalətində olan sosial evlərdən birində 8 ay yaşayıb: “Elə oldu ki, bizə 3 illik yaşamaq icazəsi verildi. Şəhər bələdiyyəsi bizə məktub yolladı ki, evdən çıxmalısınız. Biz də kirayə ev axtarmalı olduq. Çünki binanı şəhər bələdiyyəsi tikmişdi. Eyni zamanda indiyə kimi biz aylıq yardımı bələdiyyədən alırdıq. İş idarəsinə (Job Center – red) keçəndən sonra bizə şəhərdə kirayə ev tuta biləcəyimizlə bağlı məktub verdilər. 4 nəfərlik ailə tərkibinə görə 650 avroluq kirayə ev tuta bilərdik. Ev tapmaq çətin oldu. Qaçqınlara ev vermirlər. Sağ olsun bir türk ailə bizə kömək etdi və artıq 2-3 aydır yeni evdə yaşayırıq”.


Həmvətənimizin sözlərinə görə, əvvəl yaşadıqları sosial evdə 12 ailə məskunlaşıbmış: “Bizdən sonra onları da çıxardılar. 1-2 nəfərə bizim kimi yaşamaq icazəsi verildi. Bir qismi deport olundu, bir qismi isə, kampı xatırladan yataqxanalara köçürlüdü. Keçmiş qonşularımızdan aldığımız məlumata görə, indi boş qalan binaya sosial yardım alan, evi olmayan almanları köçürmək istəyirlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.