İbadi namizədlikdən çəkilir - "Kürsüyə sarılı qalmayacağam"

13-09-2018, 20:57           
İbadi namizədlikdən çəkilir - "Kürsüyə sarılı qalmayacağam"
İraqın baş naziri Heydər Əl- İbadi, ikinci dəfə baş nazir olmaq istəmədiyini ifadə edərək, namizədlikdən çəkildiyinin mesajını verib.

Open.az xəbər verir ki, İbadi Bağdadda keçirdiyi mətbuat konfransında, "Dini liderimiz Ayətullah Əli əs-Sistaninin göstərişinə hörmət edirik və buna əməl edəcəyik. İkinci dövr baş nazir olmaq tələbim olmadı, olmayacaq da. Kürsüyə sarılı qalmayacağam" deyərək, yeni hökumət üçün baş nazir postuna namizədliyindən çəkildiyinin mesajını verib.

İraqda vəzifə təhvilinin silahlı münaqişə ilə deyil, sülh yolu ilə olmasının lazım olduğunu ifadə edən İbadi, "Xalqa xidmət nöqtəsindəki vəzifəmiz yeni hökumət qurulana qədər davam edəcək. Dinc yollarla vəzifə təslimi dərsini hamıya verəcəyik" deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru