“Kapital Bank”ın rəhbərliyində istefa

21-01-2016, 13:58           
“Kapital Bank”ın rəhbərliyində istefa
Bir qədər əvvəl “Kapital Bank”ın baş ofisində bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Fins.az-ın məlumatına görə, iclasda bankın Müşahidə Şurasının (MŞ) üzvü (həm də Transformasiya Komitəsinin üzvü) Cavid Quliyevin işdən azad olunmaq barədə ərizəsinə baxılıb və MŞ-nın tərkibindən kənarlaşdırılıb. Amma onun yerinə təyinat olmayıb.

Xatırladaq ki, “Kapital Bank”ın səhmlərinin 99,86%-i “PAŞA Holdinq”ə məxsusdur. Bankın MŞ-na Cəlal Qasımov rəhbərlik edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.