İş adamına 1,5 milyon manat “atdılar” - Bakıda

9-04-2015, 19:44           
İş adamına 1,5 milyon manat “atdılar” - Bakıda
Jurnalistin gözünü çıxarmaqla gündəmə gələn iş adamı polis bölməsinə müraciət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nərimanov rayonu ərazisində mənzil tikintisi ilə məşğul olan 1965-ci il təvəllüdlü Səxavət Kərimov bildirib ki, ötən ilin dekabrında İlqar adlı şəxs ondan 1 milyon 432 min manat alıb və hələ də qaytarmayıb.

Qeyd edək ki, 15 noyabr 1997-ci ildə S.Kərimov Zəngilan rayon İcra Hakimiyyəti başçısının kabinetində "Haqqın sədası" qəzetinin redaktoru Elman Teymuroğlunun gözünü qələmlə çıxardığı üçün Səbail Rayon Məhkəməsinin hökmü ilə 30 yanvar 1999-cu ildə 3 il icbari iş alıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.