Qiymətli kağızlar bazarı çöküb - RƏSMİ

11-04-2015, 13:21           
Qiymətli kağızlar bazarı çöküb - RƏSMİ
Bu ilin I rübündə dövlət və korporativ qiymətli kağızlar bazarının həcmi 706,7 mln manat olub. Bu, 2014-cü ilin göstəricisinin 17,6%-dir.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsiin məlumatına görə, dövlət qiymətli kağızlar bazarı çöküb: 2014-cü ilin I rübündə dövlət QK bazarının dövriyyəsi 3 mlrd 436,5 mln manat, bu ilin eyni dövründə 61 mln manat olub. 3 ayda Maliyyə Nazirliyinin istiqrazları və AMB-nin notları yerləşdirilməyib.

Korporativ istiqrazların təkrar bazarının iki dəfə artımı (əsasən AİF-in istiqrazları) hesabına korporativ bazarda (645,7 mln manat) 14% artım olub. Səhm bazarı 53 mln manat (-77%), korporativ istiqrazlar 592,7 mln manat (+80%) olub. Səhm yerləşdirilməsi (48,3 mln manat) 79%, korporativ istiqrazların yerləşdirilməsi (15 mln manat) 60% azalıb.

Fond bazarının passivliyi fonunda BFB-da leqal Forex bazarı aktivləşib. İlin əvvəlindən törəmə qiymətli kağızların dövriyyəsi 20 min əqd üzrə 4 mlrd 179,4 mln manat olub. İnvestorlar valyuta cütləri əsasında derivativlərə (4 mlrd 109,7 mln manat) maraq göstərir.

Maraqlıdır ki, borcalanların qiymətli kağızlara marağı da azalıb. Bu ilin 3 ayında QKDK-da QK girovu üzrə 2 əməliyyat qeydə alınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.