"Şaxtyor"dan XXI əsrdə bir ilk

5-05-2025, 17:08           
"Şaxtyor"dan XXI əsrdə bir ilk
Ukrayna Premyer Liqasının 27-ci turunda Kiyev "Dinamo"nun "İnqulets" üzərində qazandığı 4:0 hesablı qələbədən sonra "Şaxtyor"un çempion olmaq üçün riyazi şansları qalmayıb.

Oxu.Az xəbər verir ki, kiyevlilər 67 xalla çempionata liderlik edirlər, liqanın bitməsinə isə cəmi üç tur qalıb. "Şaxtyor"un 57 xalı var və komanda üçüncü yerdədir.

Beləliklə, "mədənçilər" 1999/2000-ci il mövsümündən sonra ilk dəfə Çempionlar Liqasında iştirak etməyəcəklər.

Qeyd edək ki, yalnız Ukrayna çempionu Çempionlar Liqasında (ikinci təsnifat mərhələsindən) mübarizə aparacaq.

Xatırladaq ki, ötən mövsüm Ukrayna çempionu adını "Dinamo"nu 2 xal qabaqlayan "Şaxtyor" qazanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru