Zibilliyə 20 milyon litr alkoqolsuz içki və 13,5 milyon litr şərab tullayıblar

17-10-2018, 07:53           
Zibilliyə 20 milyon litr alkoqolsuz içki və 13,5 milyon litr şərab tullayıblar
Hər il dünyada 1,3 milyard ton qida zibilliyə atılır.

Teref.az Azərtac-a istinadən bildirir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, İspaniyada ildə 7,7 milyon ton qida tullantısı qeydə alınıb.

İspaniya qida tullantılarının miqdarına görə Avropa İttifaqı ölkələri arasında yeddinci yerdədir. Problem təkcə məişət səviyyəsində mövcud deyil. Ərzaq məhsulları anbarlarda və yaxud daşımalar zamanı korlanaraq zibilliyə atılır.

İsrafçılığa qarşı mübarizə məqsədi ilə İspaniya şirkətləri və müəssisələri əhalidə qida məhsullarına şüurlu münasibətin formalaşdırılmasında daha fəal rolu öz üzərlərinə götürüblər. İstehsalçılar və Distribüterlər Assosiasiyasının dördüncü görüşünün iştirakçıları problemin müxtəlif aspektlərini, o cümlədən ərzaq məhsullarının istehsalı və utilizasiyası zamanı su itkisini müzakirə ediblər.

Bundan başqa, İspaniya sakinləri zibilliyə 20 milyon litr alkoqolsuz içki və 13,5 milyon litr şərab tullayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru