Sonunda BU DA OLDU: Ölkədə nəzir toplamaq üçün TERMİNALLAR quraşdırıldı

18-10-2018, 07:31           
Sonunda BU DA OLDU: Ölkədə nəzir toplamaq üçün TERMİNALLAR quraşdırıldı
Nəzir toplamaq üçün terminallar quraşdırıldı
Hər bir məscidin qarşısında insanların sədəqə ödəməsi üçün terminalların quraşdırılmasına başlanılıb.

Teref.az femida.az-a istinadən xəbər verir ki, bu haqda Qazaxıstanın “KTK” kanalı xəbər yayıb. Söhbət ölkənin Aktobe şəhərindən gedir. Şəhərin baş məscidinin önündə sədəqə və nəzirlərin qəbul edilməsi üçün ödəniş terminalı quraşdırılıb. Telekanalın verdiyi xəbərə görə, indiyədək girişin qarşısında yalnız bir elektron terminal qoyulub. Cihaz ödənilən məbləğin xüsusi hesaba köçməsi haqda pul qəbzi verir ki, bu da audit komissiyası üzvləri tərəfindən ciddi şəkildə nəzarətdə saxlanılır. Təbii ki, bu prosesə elektron sistem vasitəsilə dövlətin vergi və digər orqanları tərəfindən də ciddi nəzarət edilir.


Əgər vətəndaşlara bu şəkildə sədəqə vermək xoş gələcəksə, nəzir terminallarının sayı artırılacaq.

Bu arada Aktobe imamları 8 ay ərzində toplanmış sədəqənin məbləğini elan ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru