“AA” seriyalı avtomobil piyadaların yolunu kəsdi – FOTO

19-10-2018, 15:06           
“AA” seriyalı avtomobil piyadaların yolunu kəsdi – FOTO
"AA” seriyalı nömrə nişanlı avtomobillərin sürücülərinin qaydanı pozması halların tez-tez rast gəlinir. Bu dəfə isə həmin avtomobillərdən biri piyada səkisini zəbt etdi.

Bizimyol.info xəbər verir ki, Bakının Fikrət Əmirov küçəsi 13 ünvanında, piyada səkisində "Mercedes – Benz” markalı "Maybach S S600” model, 01 AA 900 dövlət nömrə nişanlı avtomobil qanunsuz olaraq park edib. Nəticədə piyadalar üçün gediş-gəlişdə böyük çətinliklər yaranıb.

Qeyd edək ki, hazırda "AA” nömrə nişanlı avtomobillər həm özəl, həm də dövlət sektoruna məxsusdur.

Abşeron rayon İcra Hakimiyyətindən bildirilib ki, bu dövlət nömrə nişanlı avtomobil onların balansında deyil.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru