"Gənclik Mall" TƏHLÜKƏ SAÇIR!!! - ŞOK OLAY (FOTOLAR)

23-10-2018, 17:48           
"Gənclik Mall" TƏHLÜKƏ SAÇIR!!! - ŞOK OLAY (FOTOLAR)
5 yaşlı uşaq ticarət mərkəzində yıxılaraq ağır xəsarət alıb.

Primetime.az xəbər verir ki, Məhbubə Əsgərova dərhal xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti orta-ağırdır.

Məhbubə Əsgərovanın valideyninin Primetime.az-a verdiyi məlumata görə, o qızını uşaqlar üçün nəzərdə tutulan meydançada oynamağa təhvil verib. Özü isə ticarət mərkəzinin digər mərtəbəsində olub. Qəfildən valideyni çağırıblar ki, uşağın huşu gedib. Səbəbi soruşduqda məlum olub ki, körpənin başı bərk hissəyə dəyib və çatlayıb. Valideyn iddia edir ki, ticarət mərkəzinin bu hissəsində yumşaq döşəmə olmalı imiş, amma yoxdur.

“Artıq uşaq iki gündür xəstəxanada olsaq da, nə polis əməkdaşları, nə də ticarət mərkəzinin nümayəndələrindən heç kim baş verən hadisə ilə maraqlanmayıb” – deyə, valideyn əlavə edib.

Hadisə ilə bağlı Gənclik Mall ticarət mərkəzinin mövqeyini öyrənmək istəsək də, səylərimiz nəticəsiz qalıb.

Uşağın fotolarını sizə təqdim edirik:
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru