Bakıda dönərxanalar xalqa nə yedirdir - İyrənc mənzərə VİDEO/FOTO

23-10-2018, 19:15           
Bakıda dönərxanalar xalqa nə yedirdir - İyrənc mənzərə VİDEO/FOTO
Bakıda dönərxanalarda reyd keçirilir.

Teref.az yazır ki, hal-hazırda Qida Təhlükəsizliyi Agentliyi dönərxanalarda reyd keçirir. REAL-ın məlumatına görə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya Təminatı və İnnovativ Həllər şöbəsinin müdiri Mansur Piriyev reydin hansı ərazilərdə aparıldığı barədə birazdan məlumat veriləcəyini bildirib.
REAL-ın ərazidə olan əməkdaşının məlumatına görə, Xətayi rayonu, Məhəmməd Hadi Kücəsində Qasımov Eldar Cavanşir oğluna məxsus quş əti emalı sexinə AQTA tərəfindən keçirilən baxış zamanı sexdən ümumi çəkisi 450-500 kq-a qədər sanitar qayadalara cavab verməyən və mənşəyi məlum olmayan quş ətləri və mal əti aşkar edilib.

Agentliyin əməkdaşları tərəfindən ətlərdən müayinlər götürülərək labaratoriyaya aparılıb. Dönərxanalar üçün nəzərdə tutulan ətlərin olduğu sexin fəaliyyəti agentliyin əməkdaşları tərəfindən dayandırılıb. Qapısına möhür vurulub.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru