Salyan ruhi-əsəb dispanseri sağlam insana xəstəlik kağızı verib? – İddia
24-10-2018, 15:13

Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl Dərdini Danış” sosial-kriminal layihədə maraqlı anlar qeydə alınıb. Belə ki, verilişə üz tutan Tamilla xanım illərdi ərinin saxtakarlığının qurbanı olduğunu bildirib. “Mən sağlamam amma mənə “dəlilik” kağızı veribər” deyən qadının açılqlamaları hər kəsi dəhşətə gətirib. Xanım bildirib ki, illərdi əziyyət çəkir ki, sağlam olduğunu sübut eləsin.
Teleaparıcı biraz sonra kənd nümayəndələrini də dindirib. Onlar Tamilla xanımın heç bir probleminin olmadığını qeyd ediblər. Oğlu da, qızı da anasının sağlam olduğunu bildirib. Göz yaşlarına boğulan qızı anasının böyük haqsızlığa məruz qaldığını amma çarəsiz olduqlarını bildirib.
Ananı atıb gedən oğlu da verilişə qoşulub. Teleaparıcının “Ananı niyə atmısan?” sualı qarşısında çarəsiz qalan oğul danışmaq istəməyib…
40 gündən bir bədbəxt hadisənin qurbanı olduğunu deyən Yetər xanımın bacısı oğlanları ilk dəfə olaraq birbaşa efirdə açıqlamalar veriblər. “Məni bacım oğlanları döyür” deyən xanımın iddialarına qarşı tərəf hansı açıqlamaları verdi?
Bu və digər sosial-kriminal hadisələrin yaşandığı verilişi sizə təqdim edirik.
Qeyd edək ki, Bizimyol.info saytının informasiya dəstəyi ilə yayımlanan layihə həftə içi hər gün saat 16:00 da AMil Xəlilin təqdimatında Space Tv-də yayımlanır.