Sığorta bazarında ÇALXALANMA - “Qala Həyat Sığorta” ÇÖKÜR

24-10-2018, 16:31           
Sığorta bazarında ÇALXALANMA - “Qala Həyat Sığorta” ÇÖKÜR
“Qala Həyat Sığorta” şirkəti bu ilin 3-cü rübünə olan hesabatını açıqlayıb. Hesabata əsasən, şirkətin aktivləri ilin əvvəli ilə müqayisədə azalıb.
"Kommersant.az" xəbər verir ki, bu il iyulun 1-nə “Qala Həyat Sığorta”nın aktivləri 33 milyon 977 min manat olub ki, bu da ilin əvvəlinə nisbətən 12,8% azdır. Yanvar-iyun aylarında şirkətin öhdəlikləri 28,85% azalaraq 14 milyon 186 min manata düşüb, balans kapitalı isə 4,1% artaraq 19 milyon 791 min manata çatıb.

Qeyd edək ki, “Qala Həyat Sığorta” Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyi (Birlik) sığorta şirkətlərinin xidmət səviyyəsi və müştərilərə qarşı yanaşması üzrə formalaşmış reytinqindən 0 (sıfır) bal toplayıb.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru